Masonlar.org - Harici Forumu

 

Anket

süleyman mabedi tekrar yapılmalımıdır?

kesinlikle yapılmalıdır
yapılırsa iyi olur
yapılmasına karşıyım
kararsızım
ilgilenmiyorum

Gönderen Konu: süleyman mabedi  (Okunma sayısı 23838 defa)

0 Üye ve 1 Ziyaretçi konuyu incelemekte.

Şubat 27, 2012, 08:17:12 ÖS
Yanıtla #50
  • Ziyaretçi

mabedi yapmaya niye karşı çıkılıyor herkesin kendi mabedi olma hakkı yokmu o bölgede dinlere saygı yokmu.


Şubat 27, 2012, 11:17:29 ÖS
Yanıtla #51
  • Uzman Uye
  • ****
  • İleti: 1789
  • Cinsiyet: Bay

     Konu ile ilgili birkaç soru yönelttim, baktım ki hiç kimsenin ilgisini çekmemişim. Olsun. Aslında cevapları bence malum ama biraz teati  olmasını istemiştim. Olmadı.
     Bu arada, sayın karahan'ın yazılarını da okudum. Daha önce de belirttiğim gibi kendisinin yazılarını okur, bunlar içinde  beğendiklerim ve beğenmediklerimde olmaktadır. Fakat sayın karahan'ın 23.02.2012 tarihli 11.44.51 itibariyle yazdığı yazıdaki şu ifadesine gerçekten saygı duyduğumu belirtmek isterim. Şöyle demiş sayın karahan; "Ne Yahudileri Süleyman'ın tapınağı nede Müslümanları Kabe kurtarabilir".
       Benim için bu ifade yeterlidir. Gerisi kaba tabiri ile laf-ı güzaf...
        Saygılar-sevgiler.
"Vur ama dinle beni"


Şubat 28, 2012, 10:14:16 ÖÖ
Yanıtla #52
  • Seçkin Üye
  • Uzman Uye
  • *****
  • İleti: 7281
  • Cinsiyet: Bay


Bu konu Yahudilik bölümü altında açılmış olduğu için ben herhangi bir düşünce ya da görüş belirtmedim.

Ancak şöylesi aklıma geldi:

Bir karşılaştırma yapılsa ve istatistiksel olarak araştırılsa, "Süleyman Mabedi" ile bağlantılı olarak kimler ne kadar çok söz etmiş tarihte ya da kimler ne kadar çok söz etmekte günümüzde?

Hangi inançtaki kişiler Tevrat'ın 1. Krallar ve 2. Tarihler adlı kitaplarının yaklaşık ilk on bölümünü en çok okumuş? 

Sonra bakılsa bu araştırmanın sonucunda Yahudiler kaçıncı sırada yer alıyor.

Bana sorarsanız, Katolikler dışındaki Hıristiyanlar Süleyman Tapınağı'ndan Yahudilerden daha çok söz etmiştir.

Hiç kuşkusuz bu tapınaktan masonlar da çok söz etmiştir ve etmeyi sürdürür ama  masonlar arasında her dinden olanlar bulunduğu ve kategori ayrımıı yapılamayacağı için onlar başkalarıyla karşılaştırılamaz.

Belki şöyle denilebilir: Süleyman Tapınağı  salt Yahudilere mal edilemez ve bu tapınak ile bağlantılı bir irdeleme aslında Yahudilik ile bağdaştırılamaz. Üstelik bir de bu tapınağın salt Yahudiler için yapılmamış olduğu gibi bir durum var ortada, şayet tarihte Kudüs'te böyle bir tapınak gerçekten de yapılmış ise...

 
ADAM OLMAK ZOR İŞ AMA BUNUN İÇİN ÇALIŞMAYA DEĞER.


Şubat 28, 2012, 10:46:28 ÖÖ
Yanıtla #53
  • Seyirci
  • Uzman Uye
  • ****
  • İleti: 4170
  • Cinsiyet: Bay

     Konu ile ilgili birkaç soru yönelttim, baktım ki hiç kimsenin ilgisini çekmemişim. Olsun. Aslında cevapları bence malum ama biraz teati  olmasını istemiştim. Olmadı.
     Bu arada, sayın karahan'ın yazılarını da okudum. Daha önce de belirttiğim gibi kendisinin yazılarını okur, bunlar içinde  beğendiklerim ve beğenmediklerimde olmaktadır. Fakat sayın karahan'ın 23.02.2012 tarihli 11.44.51 itibariyle yazdığı yazıdaki şu ifadesine gerçekten saygı duyduğumu belirtmek isterim. Şöyle demiş sayın karahan; "Ne Yahudileri Süleyman'ın tapınağı nede Müslümanları Kabe kurtarabilir".
       Benim için bu ifade yeterlidir. Gerisi kaba tabiri ile laf-ı güzaf...
        Saygılar-sevgiler.



sn.alşah

Beni ne anlatmak istediğimi net olarak anladığınız için teşekkürler öncelikle.Üstelik bu tarifi inançlı bir müslüman olarak yapıyorum,lakin bu benim inançlı olmam ne soru sormamı engeller nede körü körüne dinin içine yerleştirilmiş halk geleneklerinin bir farz emir haline dönüştürülmesini anlayabilmemi engeller.İllaki bir gün bende kabeyi görmek isterim gidenlerin anlattıklarını bulmak için değil ben orada ne aradığımı ordan beklentisiz bir şekilde ziyaret edeceğim.Bir objeye çok farklı anlamlar yüklemek ona körü körüne sadakat getirir burda benim inancımda yada sadece bana göre diyelim sorgulanmamış hiç bir fikir asıl olamaz.

O yüzden benim için bu mabed olayı mevlananın sözünden öte gidemez ne güzel demiş mevlana.Asıl mabed kalptir mevla orda bulunur bir taşın içinde olma yerine bir bedenin içinde işte ne güzel.O zamahurafeyi seven çok ileri derece geri zekalı bir takım din adamlarının pompası değilmi insanı özünden alıkoymuyormu insanlar allahı kalplerinde arayacağına taş yığınlarının arasında allahın evine geldik diyerek gitmiyorlarmı.UF uf çok sıkıcı olmaya başladı bundan sonrası benim için ızdırap sevgiler saygılar
ÖZGÜRLÜK BİLE SAHİP OLMAK İÇİN SINIRLANDIRILMALIDIR.

EDMUND BURKE

Hayat Bizi Resmen Dört İşlemle Sınar. Gerçeklerle Çarpar, Ayrılıklarla Böler, İnsanlıktan Çıkarır ve Sonunda Topla Kendini Der.  leo


Mayıs 11, 2013, 10:35:27 ÖÖ
Yanıtla #54
  • Orta Dereceli Uye
  • **
  • İleti: 341
  • Cinsiyet: Bayan

 Birinci mabedin yıkımı, ardından toparlanıp tekrar ikinci kez yıkılmasının  bir inanç sisteminden bahsediliyor olduğunu okumuştum. Yahudi lerin Yaratıcının gerçek bilgilerinden saptığından söz edilir ve üçüncü kez tekrar bu inancı  inşa etmeleri gerektiğinden bahsedilir ve bunun Süleyman 'ın Mabedi ile ilgili olduğuna inanılır...Kısaca şöyle belirtmeliyim; kadim bilgilerin ışığın da Süleyman'ın üst güçlerle irtibatı olduğu Kuran da bile yazar.
Sevgi ile kalın


Mayıs 11, 2013, 10:46:24 ÖÖ
Yanıtla #55
  • Orta Dereceli Uye
  • **
  • İleti: 341
  • Cinsiyet: Bayan

...ve bu inanç sistemi Mistik Kabala dır; deniliyor.
Sevgi ile kalın


Mayıs 11, 2013, 12:47:31 ÖS
Yanıtla #56
  • Uzman Uye
  • ****
  • İleti: 1741
  • Cinsiyet: Bay


Süleyman tapınağının en belirgin özelliğinin,tüm dinlere mensup inanaların ibadetine açık olmasıdır,diye düşünüyorum.

Bu kapsamda,tek örnek olması manidardır.Elbette,sayın ADAM'ın vurguladığı gibi,gerçekte böyle bir mabet inşa edilmişse...


Saygılarımla
Ben"O"yum,"O"ben değil...


Mayıs 14, 2013, 06:41:34 ÖÖ
Yanıtla #57
  • Uzman Uye
  • ****
  • İleti: 1741
  • Cinsiyet: Bay


Süleyman tapınağının sadece simgesel olabileceğini de öngörmek gerekir.
Ben"O"yum,"O"ben değil...


Mayıs 24, 2013, 12:38:16 ÖÖ
Yanıtla #58
  • Orta Dereceli Uye
  • **
  • İleti: 204
  • Cinsiyet: Bayan

merhaba arkadaşlar
bu anketi ben açmıştım tüm yorumları okuyunca gördümki zaman,zaman tartışmalara neden  olmuş mabedin yapılmasından kastım turistik amaçlıdır tarihi hissedebilmektir.
                                                                                                                                             
                                                                                                                                 saygılarımla
Gül bahçesinde geçen aşk sırrını bir gül bilir, bir de ağlayan bülbül!


Haziran 23, 2013, 04:10:03 ÖS
Yanıtla #59

Bu arasdirmayi ben yapdim Yerusalayim(Kudus) uzerine bir arasdirm                                                                                       
MURAD SALMAN
Yerüsəlim (Qüds) kimindir?Bu yazını yazmağıma səbəb Yerüsəlimin hansı millətə məxsus olması
haqqında mübahisələrin hələ də davam etməsidir. Bu gündə dünyanın və orta
şərqin ən böyük problemi İsrail-Fələstin problemidir.Bu problmenin əsasında
isə Yerüsəlim məsələsi durur.Bir tərəfdə Yerüsəlimi özünün əbədi paytaxtı
elan edən İsrail digər tərəfdə isə Yerüsəlimi özlərinə məxsus olduğunu iddia
edən Ərəblər Üçüncü tərəfdə isə Yerüsəlimin xüsusi statuslu şəhər olmasını
istəyən xristiyan dünyası.Bu araşdırmada biz tarixi qaynaqlara və müqəddəs
kitablara müraciət edərək Yerusəlimin hansı millətə bağlı olmasını görəcəyik.
Dünyanın ən qədim şəhərlərindən biridir Yerüsəlim! Üç dinin kəsişdiyi
mədəniyyətlərin yarandığı bir şəhərdir Yerüsəlim! Yerüsəlim haqqında
danışmazdan əvvəl bütün müqəddəs kitablarda hörmətlə anılan İbrahim və
onun nəslinə bir nəzər salaq. İbrahim bütün müqəddəs kitablarda göstərildiyi
kimi Mesapatomiyada yaşayırdı. Onun yaşadığı qövm bütpərəs idi. Bir gün
İbrahim Tanrıdan öz yaşadığı şəhəri tərk edib Tanrının ona bildirdiyi yerə
getməsi haqqında əmr alır. İbrahim Tanrının əmri ilə qardaşı oğlu Lut və
yoldaşı Sara ilə birlikdə Harrandan Kənana gəlir: Tövratda bu hadisə belə
keçir: "Torpağından, doğduğun yerdən və atanın evindən sənə göstərdiyim
torpağa get (Bereşit 12:1).
Quranda bu barədə isə belə deyilir: “Biz İbrahimidə Lutuda xilas edib
aləmlər üçün müqəddəs qıldığımız yerə gətirdik” (Qurani Kərim Ənbiya-71).
Buradan görüldüyü kimi Tanrı İbrahimi öz yurdundan çıxartmaqla bir plan
qurur. Müqqədəs kitablardan deyildiyi kimi Yerüsəlim və ətrafı Tanrı üçün
müqəddəs bir yerdir. Tanrı ora bərəkət vermişdir. İbrahimin iki oğlu olur.
Cariyə Həcərdən İsmayıl, arvadı Saradan İshaq. İbrahim İsmayılı və Həcəri
indiki Ərəbistana gətirir. İshaq isə həmin torpaqlarda qalır və İbrahimə varis
olur. İshaqin iki oğlu olur.Yaqub və Esav. Yaqubunda 12 oğlu olur. Yaqubun
ikinci adı İsraildir.Yaqubun kiçik oğlu Yəhudaya nisbət Yaqub oğullarına
Yəhudilərdə deyilir.Yusif zamanında yəhudilər Misirə köç etdilər. Çünki bunu
Tanrı istəyirdi. Yəhudilər Tanrının imtahanından keçməli idilər. Yusif
zamanında yəhudilər Misirdə firavan şəkildə yaşadılar. Yusif öldükdən sonra
yəhudilər kölə halına düşdü. Çünki yeni hökmdar Yusifin şəriətini və İbrahimin
dinini qəbul etmirdi. O, yəhudi xalqına zülm edirdi. Yəhudilərə edilən
zülümlər günbəgün artırdı. Bu əslində xilaskarın gəlişi üçündür. O xilaskar ki,Tanrının əmri ilə yəhudiləri yenidən İbrahim torpaqlarına qaytaracaqdır. Bu
barədə Quranda deyilir: “Biz istədik ki, həmin yerdə aciz qalanlara
mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. Yer üzündə
onlara hökmranlıq bəxş edək” (Qasas 5-6).
Bu ayədən görüldüyü kimi Tanrı yəhudiləri yenidən İbrahim topağına
aparmaq istəyirdi. Bunun üçün O Musanı seçdi. Musa Tanrının əmriylə
yəhudiləri yenidən İbrahim torpağına apardı. Doğrudur bu asan olmadı,
amma bunu Tanrı istəyirdi. Yəhudilər Qırmızı dənizi keçib Kənana gəldikləri
zaman burda başqa bir xalqı filistinliləri gördülər. İbrahimin torpağında başqa
bir millət var idi. Müqəddəs torpaqlara girmək İbrahim övladları üçün asan
olmadı. Musa və qövmü 40 il səhrada dolaşdı və Musa səhrada da öldü.
Müqəddəs torpağa Allahın xalqını Nun oğlu Yeşua apardı. Yeşua zamanında
yəhudilər İbrahim torpağında yerləşdilər. Onlar burada müxtəlif xalqlarla
mübarizə aparırdılar. Məhz Davud zamanında yəhudilər Fələstinlilərə qalib
gəlirlər. Davud E.Ə. 996-cı ildə Yerüsəlimi Yəbusilərdən alıb, on iki yəhudi
qəbiləsini birləşdirərək İsrailin paytaxtı elan etdi. O vaxt Yerüsəlimin adi
Urişalim idi. Davud şəhəri aldıqdan sonra Musanın əhd sandığını şəhərə
gətizdirdi Həmin əhd sandığıdır ki Tanrının dağda Musaya verdiyi Tövratın daş
lövhələrini özündə saxlıyırdı.
Davud zamanında İsrail dövləti quruldu və yəhudilər bütün düşmənlərinə
qalib gəldilər. Davud haqqında Quranda və Tövratda çox söz edilir: “Biz səni
yer üzünə xəlifə təyin etdik”. (Qurani Kərim Sad-26). Bu ayədən göründüyü
kimi Davud Tanrı tərəfindən seçilmişdir. Tanri Davudun əliylə İsrail xalqına
böyük üstünlüklər verdi.Davud İrailin bütün düşmənlərinə qalib gəldi. (Bu bir
daha bəzi kəslərin yəhudilərin Quranda lənətlənib yalanını ortaya çıxardır).
Davud bütün yəhudiləri birləşdirərək paytaxtı Yerüsəlim olan İsraili
krallığını qurdu və Amma bir sual çıxır ortaya: Niyə məhz Yerüsəlim?
Şübhəsiz paytaxt ola biləcək daha uyğun şəhərlər var idi. Yerüsəlim nə
hər hansı bir önəmli bir çayın sahilində, nə də hər hansı bir ticarət yolunun
üzərində idi. Dünyadakı bütün paytaxtlar bir dəniz yolunun, ya da böyük bir
ticarət yolunun yaxınlığıında qurulmuşdur. Lakin Yerüsəlim bunların heç
birinin yaxınlığında deyildi. Yerüsəlimin paytaxt seçilməsi Tanrının istəyi idi,
çünki Tanrı bu yerlərə müqəddəslik vermişdir. Rəvayətə görə Adəm buradayaradılmış ömrünü burada keçirtmişdir. Bundan başqa gələcəkdə Davud oğlu
Süleyman tərəfindən qurulacaq Məbəddə burada inşa ediləcəkdir. Davud
İsraili ədalətlə idarə etdi və bu çağlar yəhudi xalqının qızıl dövrü idi. Davud
sağlğında Tanrı üçün ev tikmək istədisədə bu müqəddəs iş ona nəsib olmadı.
Bu hadisə Müqəddəs kitabda bele keçir: “Ömrün başa çatdıqda sənin yerinə
sənin övladını çıxardacağam və onun padşahlığını möhkəmləndirəcəm. O
mənim adıma ev tikəcək onun padşahlıq taxtını möhkəm edecəyəm” (II
Samuel 7:12). Davud öldükdən sonra yerinə oğlu Süleyman keçdi. Süleyman
zamanında yəhudilər görulməmiş bir zənginlik içində yaşadılar. Süleyman
haqqında Tövrat və Quranda çox geniş söz edilir. Süleyman Tanrının vəədini
yerinə yetirdi. O, Tanrının əmriylə Tanrı üçün ev tikdi. Süleyman bu məbədi
E.Ə 967-ci ildə tikdi. Süleymanın məbədi tikməsinə Naftali qəbiləsindən Sur
şəhərindən oan Xiram yardım etdi. Məbəd 20 ilə tikildi. Süleyman məbədi çox
möhtəşəm idi. Bu barədə müqəddəs kitablarda çox söz edilir: “Ona saraya
daxil ol deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi.
Süleyman dedi: Bu büllurdan düzəldilmiş bir saraydır. Mən özümə zülm
etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim
oldum” (Qurani Kərim Nəml-44). Burda görüldüyu kimi Süleymana və onun
xalqına verilən böyük üstünlikdən danışılır.
Süleyman məbədi tikdikdən sonra Tanrıya dua edir. Dua belədir: “Sən
göylərə və göylərin göylərinə sığmazsan. İnşa etmiş olduğun bu ev daha az!
Yenə də Tanrım qulunun duasına və yalvarışlarına qulaq ver, qulunun bu
gün sənə etdiyi duanı dinlə: Gözlərin gecə gündüz Adın orada olacaq dediyin
bu evin, bu yerin üzərində olsun.Qulunun və İsrail millətinin burada edecəyi
duanı dinlə (I Padşahlar 8:27-30). Süleyman öz ədaətliliyi ilə seçilirdi. Tanrı
ona heç bir hökmdara verməyəcəyi bir güc verdi və oda ədalətlə İsrail xalqına
hökmranlıq etdi. Süleyman öldükdən sonra Davudun qurduğu və Süleymanın
mökhəmləndirdiyi İsrail dövləti E. Ə 937-ci ildə parçalandı. Süleymandan
sonra yerinə keçən oğlu Rexovam zamanında İsrail iki yerə bölündü.
Şimalında 10 İsrail qəbiləsini əhatə edən İsrail, cənubunda isə Benyamin və
Yəhuda qəbilələrini bir-ləşdirən Yəhuda dövləti. Yerüsəlim Yəhuda dövlətinin
paytaxtı oldu. (Buna səbəb Süleymanın qoyduğu qaydalara oğlunun əməl
etməməsi və İsrail qəbilələri arasında birliyi təşkil edə bilməməsi idi). E Ə.
722-ci ildə Asurlular İsrail dövlətini işğal edərək burdakı yəhudiləri Asuriyayasürgun etdilər və yerlərinə başqa xalqları koçürtdülər. Bununla da ilk yəhudi
diasporası başladı. Bununla belə cənubda Yəhudi dövləti dururdu və
Yerusəlim hələ də öz gözəlliyini və əzəmətini qoruyurdu. İsrail dövlətin
süqutundan təxminən 200 il sonra E.Ə 586-cı ildə Babillilər Yəhudaya hücum
etdi, yəhudilərin çoxu öldürüldü, Süleyman məbədi və Yerusəlim yandırıldı.
Sağ qalan yəhudilər Babilə sürgün edildi. Bununlada yəhudilər müqəddəs
şəhərdən və torpaqlardan başqa yerə sürgün olundular. Süleyman məbədi
dağıdılan zaman Musanın əhd sandığıda yox oldu. Sürgündən təxminən 50 il
sonra Babil dövləti farslar tərəfindən işğal edildi. Yəhudilər onları sürgün
edən, müqqədəs şəhəri və məbədi yandıran Babilin çökməsini öz gözləri ilə
gördü. Sanki Tanrı Babildən intiqam alırdı. Fars hökmdarı II Kir E.S 538-ci ildə
yəhudiləlrin Yerüsəlimə və müqəddəs torpaqlara dönməsinə izin verdi. Kir
həmçinin yəhudilərə dağıdılan müqəddəs məbədi tikməyə izn verdi. İkinci
məbəd I məbədin dağıdılmasından yetmiş il sonra E.Ə 516 -cı ilində II Daranın
hakimiyyəti zamanında tamamlandı. Yeni məbəd köhnə məbəd kimi
möhtəşəm olmasada yəhudilər yenidən məbəddə Tanrıya ibadət edirdilər.
E.Ə 332-ci ildə Makedoniyalı İskəndər Fars imperiyasını işğal etdi, bununlada
yəhudilər yunanların əsarəti altına girdi. Makedoniyalı İskəndər Süleyman
məbədini dağıtmaq istəyir nə var ki, yəhudi bilgini Şimon Atsadik ilə
qarşılaşması nəticəsində məbədi dağıtmaq fikrindən əl çəkir. Yəhudilər və
Yerüsəlim İskəndərin dövründə firavan yaşayırlar.
İskəndər öldükdən sonra qurduğu imperiyada parçalanır. Yerüsəlim və
yəhudilər ilk əvvəl Parfiyalıların hakimiyyəti altına düşsədə, Banyas savaşında
Parfiya xanədanlığı Selevikilərə məğlub oldu. Bu müharibədə Yerüsəlimin
taleyi də bəlli oldu. Artıq Yerüsəlim Selevikilərin hakimiyyəti altında idi.
Seleviki hökmdarı Antiox Epipanes yəhudiləri yunanlılaşdırmağa çalışdı. O
zaman yəhudilər dünyadakı yeganə təktanrı inacına və hər kəsdən fərqli bir
dünya görüşünə sahib idilər. Var olan her şey sonsuz görülməz və şəfqətli bir
Tanrı tərəfindən yaradılmışdır. Əlbətdə çoxtanrılı yunanlıar bu fikri qəbul edə
bilməzdilər. Antiox yəhudiləri yunanlılaşdırmağa qərar verir, lakin yəhudilər
onun sandığından daha inadkar çıxır. O ilk öncə yəhudi təqvimini ortadan
qaldırmağa çalışır. Çünki zaman yəhudilərdə müqqədəs idi. Əgər yəhudilikdə
zamanı yox edərsəniz yəhudilərin yəhudiliyi yerinə yetirməsini də yox
edərsiniz. Dolayısıyla Antiox Şabatı, Yeni aya əməl etməyi, Bayramları ardından Keşerut qaydalarını (halal və haram qaydaları) və Tövratı öyrənməyi
qadağan etdi.Tövrat hər kəsin gözu önündə yandırıldı və müqəddəs kitabı
kirlətmək üçün üzərində donuzlar qurban edildi. Ən sonunda sünnət qadağan
olundu. Bu yəhudilər üçün Tanrı ilə anlaşmanın fiziqsəl işarətidir. Bunun üçün
yəhudilər dirənir, amma Antiox vəhşətə əl atırdı. Yəhudi tarixçisi Rabbi Berel
Wein “Echoes of Glory (Ehtişamın Sədaları) adlı kitabında hadisələri belə
keçir: Oğullarının sünnət edilməsinə izin verən qadınlar, oğulları boyunlarına
bağlanmış şəkildə öldürüldü. Donuz yeməyi və qurban etməyi rədd edən
yəhudilər ölüncəyə qədər işgəncə görürdülər. Hər qəsəbədə Zevs və digər
Tanrılar üçün qurbangahlar qurulur hər bölgədən yəhudilər qurban
mərasimlərinə gəlməyə zorlanırdı. Tanrının məbədi isə Zevs Olymposa
çevrilmişdi. Bu növdə dini bir zülm, insanlıq tarixi görməmişdi. O zamana
qədər köhnə dünyada heç kimsə başqa bir millətin dininə savaş elan
etməmişdi, çünki çoxtanrıçılığın görüşü bu idi. Mən sənin Tanrına inanacam
sən də mənim Tanrıma inanacaqsan. Nə qədər Tanrı varsa o qədər yaxşıdır.
Çoxtanrılı aləmdə heç kimsə dini üçün ölmədi. Yəhudilər xaric. Yəhudilər bu
həyatda uğruna ölməyə dəyərşeylər olduğu göruşünümühafizə edər, həyatın
özündən önəmli şeylər. Yəhudilər yəhudilik üçün həyatlarından keçməyə
hazırdır. Tanrının insanların onun üçün ölməsinə ehtiyacı olduğundan deyil.
Tövratın ideologiyası o olmadığı təqdirdə yəhudiliyi və yəhudilərin yox
olmasına yol açacaq bir şey olduğunu üçün. Bütün bu zülümlər nəticəsində
yəhudilər yunanlara qarşı mübarizəyə qalxdılar Xaşmonoyim ailəsinin
(Makkabilər olaraqda bilinir) liderliyində yəhudilər mübarizəyə başladılar. Bu
üsyan daha sonra Xoşmonay xanədanlığı olaraq bilinən E.Ə 165-dən E.Ə 63-
cü ilə qədər sürən müstəqil bir Yəhudi krallığının yaranmasına yol açdı. Bu
gün Yəhudi milləti bu zəfəri Xanuka Bayramı olaraq qeyd edir. Xoşmonay
Xanədənlığızamanla iki qardaş olan Hyrcanus və Aristobolus arasında çıxan iş
savaş ilə dağıldı. Daxili və çəkişmələr nəticəsində Romalılardan yardım
istədilər. Beləliklə E.Ə.63-cü ildə Pompey liderliyində Roma orduları
Yəhudaya girdi. Pompey Yəhudaya girdikdən sonra bir çox yəhudini
öldürdükdən sonra iki qardaşdan zəif olanı Hyrcanusu ölkənin Kukla hökmdarı
qoydu. Artıq müstəqil İsrail dövləti yox idi. Romanın Judea ayelətinə
çevrilmişdi. Roma idarəsi altında Yəhuda da əvvəlləri müstəqil bir Yəhudi
krallğı olmasına baxmayaraq zamanla müstəqilliyini itirdi. Roma zamanındaYahudada yeni bir din yarandı. İsa yəhudi olsada, yəhudilər tərəfindən qəbul
olunmadı lakin gələcəkdə bu yeni din bütün Romaya yayılacaqdı. İsa
Romalılar tərəfindən Yerusəlimdə çarmıxa çəkilərək öldürüldü. Romalılarda
yunanlılar kimi yəhudilərə zülm edirdilər. Tanrıya ibadət edilmək
yasaqlanmışdı yəhudi adət-ənənəsi ləğv olunmuşdu. Yəhudilər bütün İsrail
diyarında alçaldılırdı. Romalıların dözülməz zülmünə qarşı yəhudilər üsyan
qaldırdılar E.S 66-ci ildə yəhudilər əyağa qalxdı və Yerüsəlimi Romalılardan
təmizlədilər. Yəhudilərin Romanı Yerusəlimdən qovması Roma imperiyasında
şok dalğasına səbəb oldu. Eyni zamanda Şamda İsgəndərliyyədə yəhudilərə
qarşı qanlı propaqanda dalğası başladı. Minlərlə Yəhudi öldürüldü. Bundan
qorxan Yəhudi alimləri və bilginləri Romanın Yəhudiləri məhv edcəyini və
Yerüsəlimi dağıdacağını anlayaraq Romayla sülh yoluna gedilməsi təklifini
irəli sürdülər lakin milliyətçi yəhudi qrup olan Zilotlara söz keçirtmək
mümkün deyildi. Ölümünə qədər savaşmaya and içərək Yerüsəlimə gələn
yeni Roma birliyinə hücüm etdilər 6 min Roma əsgərlərini öldürdülər.
Romanın cavabı isə təcrübübəli Vospasianusun əmrində 4 legyon yollamaq
oldu. Onlar qarşısına çıxan kəndləri və qəsəbələri yerlə bir edərək Yerüsəlimə
yaxınlaşırdılar. Yəhudilər Yerüsəlim üçün ölümünə mübarizə aparırdılar. Belə
döyüşlərdən biri Qamla və Masadada olmuşdur. Qamlanın ələ keçiriləcəyini
görən 5 min Yəhudi Roma əsgərlərinə təslim olmaqdansa özlərini uçurumdan
aşağı atmışdır. E.S 70-ci ildə Romalılar Yerüsəlimə yaxınlaşaraq şəhəri
müharisəyə alırlar. Romalılar Yerüsəlim dağıdılarsa Yəhudi milli kimliyini
dağıdacaqlarını çox yaxşı bilirdilər, çünki Yerüsəlim yəhudiliyin və yəhudilərin
ruhani mərkəzidir. Müharibə getdiyi bir zamanda Yəhudi din alimlərindən
Yohanan Ben Zekay bir plan qurur.Yaxınlaşan fəlakətə qarşı bir şey etmək
istəyən Yohanan Ben Zekay bir tabutun içərisində özünü Vespasianusa
göndərir. Vespasianusu imperator kimi salamlayır. Vespasianus isə
cavabından ötrü onun öldürülməsini söyləyir.Amma Yohanan Ben Zekay israr
edir və Yerüsəlimin yalnız bir hokümdarın ala biləcəyini söyləyir. Bu sırada
Sezarın ölduyünü yerinə isə, Vespasianusun imperator olduğu xəbəri çatır.
Vespesianus Yohanan Ben Zekayın gələcəyi görməsindən təsirlənir və ondan
bir dilək diləməsini istəyir. Yohanan Ben Zekay Tövratı xilas etməyi istəyir.
Vespesianus o zaman Tövrat alimlərini və yəhudi bilginlərinin Yerüsəlimədən
ayrılmasına icazə verir. Niyə Yohanan Ben Zekay Yerusəlimin qurtulmasınıistəmirdi? Çünki bu mümkün deyildi. Romalılar özlərini dünyaya sübüt etmək
məcburiyyətindəydi. Yəhudilər fiziksəl yaxımdan qurtula bilərdi ama ruhani
yıxım faciə olardı. Romanlılar Yohanan ben Zekayın diləyini yerinə gətirdikləri
üçün yəhudi alimləri və bilginləri həyatda qaldı və Yəhudi xalqı həyatda qaldı.
Bu arada Vespesianus hökmdar olduğu üçün Romaya döndü. Muhasirəni
oğlu Titusa həvalə etdi. Romalılar yerusəlimə girdilər. Şəhərdə olan insanlar
qılıncdan keçirildi. Tanrının evi birinci məbədin yıxıldığı gün 9 Av (İyulun 28)
günü yandırıldı. Məbəd yandırılmazdan əvvəl bütün dəyərli nə varisə Romaya
aparıldı. Artıq Yerüsəlim işgal edilmiş Məbəd (Bet Amikdaş) dağıdılmışdı.
Təxminən min kisilik qurub qaçaraq Masada adlı dağın təpəsində olan bir
qalaya sığındılar. yəhudilər bu qalada 3 il mübarizə apardılar. Masada E.S 73-
ci ildə ələ keçirildi. Talehi Gamlanın talehinə çox bənzəyir. Buradada yəhudilər
romalılara əsir düşməkdənsə öncə öz ailələrini sonrada bir-birlərini
öldürdülər. Tək bir insan qalanda oda intihar etdi. Yerüsəlim olmadan azadlıq
olmadan bu insanlar üçün yaşamağın bir mənası yox idi Masada da işgal
olunduqdan sonra Romalılar üsyanın bitdiyini elan etdi. Üsyanda yüzminlərlə
yəhudi öldurülməsinə baxmayaraq Yerüsəlimdə və İsrail diyarında xeyli
yəhudi yaşayırdı. Başqaldıran yəhudilərə Roma gücünü sübüt etdiyi üçün,
Roma ağlayan bir qadını rəsm edən və “Cudea Copte”, Yəhuda ələ keçirildi
yazılı pullar çıxartdı. Artıq Yerüsəlim əvvəliki kimi heç birzaman olmayacaqdı.
Romalılar yəhudilərə zülm etməyə davam etdilər. Dağıdılan Bet Amikdaşın
(Süleyman Məbədi) yerinə Yupiter üçün məbəd tikilməsinə qərar verdilər. Bu
yəhudilər üçün ən böyük utanc və təhqir idi. Bu zülümlərə qarşı Roma
dövrünün ən böyük üsyanı ilə qarşılaşdı. Şimon Bar Kosiba başçılığı ilə
yəhudilər E.S.132- ci ilində bütün gücləriylə üsyan etdilər. Yəhudilər
Romalıları Yerusəlimdən və müqəddəs torpaqlardan qovdu həttda pul belə
çıxartdılar. Bu Roma tarixinədə bənzərsiz bir hadisə idi. Roma buna icazə
verəbilməzdi. Belə bir cürət əzilməli və buna edənlər sərt bir şəklində
cəzalandırılmaydı. Adrionus üsyanı yatıtmaq üçün Yəhudaya bir-birinin
ardınca ordular göndərdi. Sonunda Roma ordusunun yarısı tam 12 legyon
İsrailə gəlmişdi (65 il əvvəl Böyük üsyanı yatırtmaq üçün göndərdiklərinin üç
misli). Bu böyük ordunun başında Yulius Severus idi. Bu döyüşlərdə 985-
yəhudi kəndi yerlə bir edildi. Aclıq, xəstəlik və yanğın ucbatından ölənlərin
sayı bilinmirdi. Yəhuda əylətinin demək olar ki hamısı xarabalığa cevirmişdi. Savaş Romalıların lehinə çevrildi. Bar Kosibanın son dayanacağı Yerüsəlimin
cənub qərbindəki Betarşəhəri oldu. Bu müharibədə yəhudilərin qanları Aralıq
dənizinə axana qədər töüküldü. Şəhər Yəhudi təqviminin ən acı günündə 9 Av
(İyul 28) günündə düşdü. Öfgəli Romalılar yəhudilərin cəsətləri dəfn etməsinə
icazə vermədi cəsədlərin açıq səmada çürümələrini istəyirdilər. Cəsədlər
aylarca havada qaldı amma çürümədi. Bu Tanrının mərhəməti idi. Artıq Roma
imperiya tarixində bütün digər xalqlardan daha çox insan gücü və mal itgisinə
yol açan yəhudilərdən bezmişdilər. Adrianus Bar Kosiba üsyanın sonunda
bunun bir daha təkrarlanmamasının yolunu, yəhudilərin sevgili ölkələrindən
ayırmaq olduğuna qərar verdi. Heç bir xalq Romalılara qarşı yəhudilərdən
daha çox baş qaldırmadı və ancaq bunu edərkən özləridə böyük bir bədəl
ödədilər. Roma tarixcisi Dio Cossius bu müharibədə yarım milyon yəhudinin
öldüyünü yazır.
Yəhudilərin Romalılara baş qaldırması E.S 66 başladı və təxminən 70 il
sürdü. Nisbətən kiçik bir xalqın Romaya dəfələrcə bu qədər uzun bir vaxt,
necə qalıb gəldiyini xəyal etmək olduqca çətindir. Ancaq cavab bəlkədə
mübarizənin arxasında duran səbəbdədir.
Təktanrılıq və Tövrat qanunları Yəhudilər də elə bir dərin yer etmişdiki,
xalqı yəhudiliyini özündən ayrmağa calışmaq millətin Ruhunun ölümü kimi
görünürdü və Yerüsəlim kimi tarixdə heç şəhər yoxdur ki, bir millətin milli
kimliyinə bu qədər təsir etsin. Yəhudilər üçün Yerüsəlimsiz bir Yəhudi ya İsrail
dövləti düşünülə bilməz. Məhz bunun üçündə Romaya qarşı heç bir millətin
dirənəməyəcəyi qədər dirəndilər sonunda da əzildilər. Heç bir yəhudinin bir
daha digər yəhudi qardaşı ilə bir yerdə olmaması üçün yəhudiləri çox
sevdikləri və uğrunda ölməyi gözə aldıqları Yerüsəlimdən və İsrail diyarından
ayrmaq istəyirdilər. Adrianus yəhudi varlığını İsraildən və Yerüsəlimdən
silmək siyasətinin bir parçası olaraq Yerüsəlimi yerdə bir etdi və dağdılmış
şəhərin yerinə “Aelia Coptolina” deyə adlandırdığı bir şəhər saldı. Bölgədə
qalmış olan yəhudilərin Aelia Caplolinaya girməsi qadağan olundu.
Yəhudilərin şəhərə girməsinə izin verilən tək gün oda ən böyük fəlakətlərinin
xatırladıqları və məbədin divarlarının bir qismi xaricində heç bir şeyin
qalmadığı 9 AV günü idi. Bundan başqa Adrianus hər hansı bir milliyyətçi hissi
silmək üçün bir zamanlar Aralıq dəniz sahil bölgəsində yaşamış və Tövratda yəhudilərin ən amansız düşmənlər olaraq keçən nəsli tükənmiş bir xalq olan
Fələstinlilərdən götürərək bölgəni Phlistia (Fələstin) deyə adlandırdı (Bu ad
xristianların yazılarında yaşamaya davam etdi və I Dünya muharibəsindən
sonra İngilizlər bölgəni Osmanlıdan aldıqdan sonra bu ad 1917-ci ildə
yenidən ortaya çıxdı) Bundan sonra yəhudilərə Yerusəlimə giriş yasaqlandı.
Yerusəlim və bölgə müəyyən müddət Romalıların hakimiyyəti altında qaldı.
Romanın iki yerə parçalanması nəticəsində Yerüsəlim şərqi Roma
İmperiyasının Bizansın hakimiyyəti altın düşdü. Bizans zamanında da
Yerüsəlim əhalisinə zülm olunurdu burada yaşayan yəhudilər Roma
zamanından daha çox zülmə məruz qalırdı. Bir yəhudi tərəfindən yaradılan
din yəhudilərə zülm edirdi. Din dəyişdirmələri istənən yəhudilər ya öldürülür
ya da bütün haqları- əllərindən alnırdı. Yerüsəlim artıq Bizans və xristiyanlar
üçün də müqəddəs idi. Çünki İsa bu şəhərdə yaşamış və bu şəhərdə
öldürülmüşdü. Xristiyanlığı qəbul edən Bizans burda çoxlu kilsə və dinə aid
binalar inşa etmişdir. Bizansın zəifləməsi nəticəsində Sasanilər Yerüsəlimi ələ
keçirtsədə E.S 629-cu ildə Bizans şəhərə yenidən sahib oldu. Lakin artıq
şərqdə yeni bir din və dövlət yaranırdı. Bu da İslam dini idi.M.S 638-ci ildə
Xəlifə Ömər Yerüsəlimi və İsraili Bizansdan aldı. Və bununlada Yerüsəlimə və
İsrailə Ərəb axını başladı. Ərəblərin bura yerləşmə tarixi buradan başlayır. O
zaman Mədinədən və Ərəbistandan çox sayda ərəb Yerüsəlimə və İsrail
diyarına yerləşdi. Ömər şəhərin adını dəyişdirib Qüds qoydu. Artlq
Yerüsəlimin yeni sakinləri ərəblər idilər. E.S 661-750 – ci illərdə Yerüsəlimdə
İslam dövləti Əməvilər hökm sürdülər. 691-ci ildə Əbdülməlik bin Mərvan
Qübbətüs səhrayı (Ömər məcidini) və 715-ci ildə Məscidil Aksayı inşa etdirdi.
Yerüsəlim artıq müsəlmanlar üçündə müqqəddəs idi. M.S 750-ci ildə
Yerusəlim (Qüds) Abbasilərin hakimiyyəti altına düşdü. 878-ci ildə şəhər
başqa islam dövləti olan Fatimilərin hakimiyyəti altında keçdi. Şəhər 1077-ci
ildə türk dövlət olan Səlcukluların hakimiyyəti altına girsədə və 1098-ci ildə
Fatimilər şəhəri yenidən ələ keçiritdilər. M.S 1095-ci ildə Papa II Urban
xristiyan dünyasına müraciət edərək Yerüsəlimi kafirlərdən təmizlənməli
olduğunu elan etdi. Papa səfəri cazib qılmaq üçün müharibəyə gedənlərin bol
qənimət əldə edəcəyini və Tanrının bütün günahları təmizləcəyi söz verdi.
Xaçlı ordusu yola çıxdı. Qarşılarına kim çıxdıysa yəhudi, müsəlman hətda
Konstaninapola (İstanbula) gəldiklərində xristiyan qardaşlarını beləöldürdülər. 1099-cu ildə Xaçlılar Yerüsəlimə girdilər. Şəhərdə olan müsəlman
və yəhudilər vəhşicəsinə öldürüldü. Qarşılarına nə çıxırdısa məhv edirdilər.
Sinaqoqlar məscidlər dağıdıldı. Müsəlman tarixcisi İbn Əl Qalanisi hadisələri
belə təsvir edir: Köməksiz yəhudilər bir sinaqoqa sığındı. Xaçlılar sinaqoqu
yandırdılar və sinagogda olan yəhudilər, sinagogla birlikdə yandılar. Bu
vəhşilin nə dərəcədə böyük olduğunu göstərir. Yəhudi və müsəlman
cəsətlərin çoxluğundan şəhərdə hərəkət etmək olmurdu. 1187-ci ilə qədər
Yerusəlim Xaçlıların əlində qaldı. 1187-ci ildə Səlahəddin Əyyubi şəhəri
Xaçlılardan geri aldı. Səlahəddinin ölmündən sonra Xaçlılar Yerüsəlimi
yenidən ələ keçirtdilərsə 1244-ci ildə Xərəzimlilər şəhər yenidən geri aldı
1260-ci ildə şəhər Məmlüklərin hakimiyyəti altına düşdü. 1517-ci ildə
Osmanlılar şəhəri Məmlüklərdən aldı. Yerusəlim 400 il türklərin hakimiyyəti
altinda qaldı. Osmanlı zamanında Yerusəlim və bölgə sülh içində oldu. Türklər
yaəhudilərin yenidən şəhərə yerləşməsinə və mülk sahibi olmasına izn verdi.
Hətda Osmanlı Sultanı Səlim zamanında belə bir hadisə baş verir: Yerüsəlim
Yavuz Sultan Səlim tərəfindən alındığı zaman, Bet-Amikdaş artıq yerində
deyildi. Yalnız Qərb divarı (Ağlama divarı) dimdik ayaqda qala bilmişdir.O
dövrdə keçən tarixi və maraqlı bir hadisə də belə reallaşmışdır. Osmanlılar,
Yerüsəlimə girdikləri zaman, Qərb Divarı (Ağlama divarı) tonlarla zibilin
altında görünməz bir haldadır.Sultan Səlim Məbədin yerini araşdırmaqda və
tapılmasını istəməkdədir. Oğlu Qanuni Sultan Süleyman ilə şəhərdə gəzərkən,
qan-tər içində qalmış, başında böyük bir səbət olan yaşlı bir xristiyan qadınla
qarşılaşmışlardı. Sultan səbətdə nə olduğunu soruşduqda, səbətin içində
heyvan peyini və zibil olduğunu öyrənmiş çox təəcüblənmiş və səbəbini
soruşmuşdur. Qadın Beth-Lehemdən gəldiyini, iki günlük yol aşdıqdan sonra
bu pislikləri, Yəhudilərin müqəddəs məbədinin bulunduğu yerə tökəcəyini,
bunun xristiyan din adamları tərəfindən əmr edildiyini və əsrlərdir, 30 gündə
bir bu yerə heyvan pisliklərinin və zibillərinin tökülməsiylə buranın yox
edilməsinə və izlərinin tamamilə örtülməsini qərar verdiklərini açıqlamışdır.
Beləcə Yəhudi məbədinin tarixinin tamamilə unutdurulması hədəflənmişdir.
Sultan araşdırmış və qadının dediklərinin doğru olduğunu anladığı zaman,
əmrlər verib qızıl gümüş sikkələrlə dolu bir çox kisəcik hazırladaraq, zibil
yığının müxtəlif yerlərinə basdırmışdır. "Altını tapan alsın" deyərək kasıb
xalqa qablar və kürək paylamış və beləcə zibil dağının boşaldılmasını təmin etmişdir. Ayrıca özü əlinə kürək alıb daşlaşmış zibilləri boşaldarkən, belə bir
fərman oxutdurmuşdur; "Hər kim padşahı sevirsə onun məmnun etmək
istəyirsə etdiklərinə baxsın və onun kimi etsin!" Nəticə olaraq on mini aşan
insan, otuz gün müddətində heç dayanmadan çalışaraq o böyük pislik dolu
təpəni dümdüz etmiş və "Kotel Ha Maaravi (Bet-Hamikdaşın qərb divarı)" bu
günki halıyla dimdik meydana çıxmışdır. Bunu görən Yavuz Sultan Səlim çox
xoşbəxt olmuşdur və məbədin köhnə yerinin gözəlcə təmizlənməsini,
divarının da gül suyuyla yuyulmasını əmr etmişdir. Bu Osmanlının və
türkərinin Yəhudi millətinə və Yəhudi dininə verdiyi önəmi göstərir.
1837-ci ildə Misir Valisi Əli paşa şəhəri ələ keçirtsədə 1844-cu ildə
Osmanılalarşəhəri geri aldılar. 1844-cü ildə şəhər əhalisi siyahıya alındı: 7120
yəhudi, 5760 müsəlman, 3390 xristiyan. XIX əsrdən etibarən şəhər əhalisinin
böyük əksəriyyəti yəhudilərdən ibarət olmuşdur. Yerüsəlim durmadan
genişləşirdi və gözəlləşirdi. I Dünya muharibəsində məğlub olan Osmanlılar
şəhəri və bölgəni ingilislərə təhvil verdilər. 1917-ci ildə ingilislər Yerüsəlimi və
bölgəni ələ keçirən kimi Fələstin mandasını yaratdılar və Yerüsəlim həmin
mandanın paytaxtı oldu. (Fələstin adı yuxarıda qeyd etmiz kimi Romalılar
tərəfindən gətirilmiş və İngilislərdə bu adı yenidən istifadə edirdilər. Əslində
Fələstin adlı bir millət olmamışdır şəhərdə və bölgədə Yəhudilər və Ərəblər
yaşayırdı).
Yerüsəlim fırtınalı bir tarix keçirtsə də durmadan inkişaf edirdi. 1918-ci
ildə Yerüsəlimdə Yəhudi Universiteti quruldu. İlk dərs Dünya yəhudi Tələbələr
Birliyinin sədri Albert Eyinstein tərəfindən 1923-cü ildə verildi. Yerüsəlimdə
Yəhudilərinin sayı durmadan artırdı. Sürgündəki yəhudilər yenidən
Yerüsəlimə və İsrail diyarına qayıdırdılar. Buda bölgədə yaşayan başqa
xalqların narazılığına səbəb olurdu. Yerüsəlimdə və bölgədə yəhudilər və
ərəblər arasında mübarizə qızışırdı. İngilislər bu hadisələrə müdaxilə etmirdi.
Ərəblər Yəhudi kəndlərinə hücum edirdilər. Artıq hadisələr nəzərətdən
çıxmışdı yəhudilər özlərini müdafiə üçün Haganah (müdafiə) təşkilatını
qurdular. Haganah gələcək İsrail ordusunun özəyi oldu. 1939-1945-ci illərdə
Hitler tərəfindən yəhudilərə qarşı qanlı soyqırım başlanmışdı 6 miliyon
günahsız insan məhz yəhudi olduğuna görə məhşicəsinə məhv edildi.
Soyqırımdan sağ qalan yəhudilər Yerüsəlimə və qədim İsrail torpaqlarınayerləşirdilər. Lakin ingilislər buna izin vermirdilər. Həttda Hitleririn əlindən
qacıb gələn Yəhudi gəmisi Exodus yenidən Hitlerə göndərildi. Bu insanlığa
sığmayan iş idi. İnsanlar bilə-bilə ölumə yollanırdı.
Yəhudi-Ərəb münaqişəsi durmadan artırdı və İngilislər artıq vəziyyətə
nəzarət edə bilmirdilər. İngiltərə yaxasını qutarmaq üçün məsələni BMT
havalə etdi. BMT 1947-ci ildə bölgədə iki dövlət yaradılması qərarını verdi.
İsrail və bir ərəb dövləti. 14 may 1948-ci ildə İsrail dövləti elan edildi və
höküməti qurmaq David-Ben Quriona tapşırıldı. Lakin ərəblər bunu qəbul
etmədilər.Müharibə başlamazdan əvvəl bölgədə yaşayan ərəblər qaçmağa
başladılar ilk gedənlər varlı ərəblər oldu. Müharibə başlayan kimi 472 min
ərəb bölgəni tərk etdi. Bununla da birlikdə ərəb ölkələrində yaşayan yəhudilər
qovulurdu və malları müsadirə olundu. 820-nin yəhudi ərəb ölkələrindən
qovuldu. Bunların 526 mini İsrailə köç etdiilər. Halbuki BMT iki dövlət
yaradılması fikrini ərəb dövlətləridə dəstək vermişdi amma İsrail müstəqiliyini
elan edən kimi 5 ərəb dövləti Misir, Livan, Süriyə, İraq və İordaniya yeni
yaranmış dövlətə hücüm etdilər. O zaman İsrailin nə tankı nə də ağırsilahı var
idi. Amma necə olduysa 5 ərəb dövləti məğlub oldu. Suriya, İordaniya və Misir
yaradılacaq olan yeni ərəb dövlətinin ərazilərinidə işğal etmişdilər. Yerüsəlim
iki yerə parçalandı. Qərb hissəsi İsrailin nəzarəti altında şərq hissəsi isə
İordaniyanın nəzarəti altında qaldı. Müharibəni uduzan ərəblər yenilgiyi həzm
edə bilmirdilər. Misir Tiran boğazını İsrail gəmilərinə bağladı. Ərəb dövlətləri
yenidən İsrailə qarşı itifaq yaratdılar. 1967-ci ildə 6 günluk müharibə oldu.
Yenə ərəblər məğlub oldular. İsrail Sina yarmadasını Golan təpələrini və
Yerüsəlimin şərqini ələ keçirtdi. Artıq neçə minildən sonra Yerüsəlim öz
sahiblərinin əlinə keçdi David, Süleyman zamanında olduğu kimi Yerüsəlim
İsrailin və Yəhudilərin mərkəzi oldu. Lakin mübarizə davam edirdi. 1973-ci ildə
Yom-Kippur 1982-ci ildə Livan müharibələri oldu. 1982-ci ildə İsrail Misirdən
aldığı Sina yarmadasını geri verdi. 1980-ci ildən İsrail parlamenti Yerüsəlimi
İsrailin əbədi paytaxtı elan etdi. Bu gün Yerusəlim İsrailin paytaxtıdır.
Parlament nazirliklər, unversitetlər burada yerləşir. Minillər boyu uğrunda
böyük müharibələr verilən Davudun şəhəri yenidən yəhudilərin mənəvi və
siyasi mərkəzi oldu.
Müasir Yerüsəlim:Bu gün Yerüsəlim üç dinin üçünədə müqəddəsdir. Burada həm
yəhudilər, həm xristiyanlar həm də müsəlmanlar ibadət edirlər. Bu gün
Yerüsəlimdə müasir binaları ilə keçmiş tikililər vəhdət təskil edir. Yerüsəlim
müasir və köhnə şəhər deyə iki yerə bölünür: köhnə şəhər qədim Yerüsəlimin
olduğu yerdir. Burada 220-dən çoxlu tarixi yerlər və tikiliilər var. Burada
sinagoglar kilsələr və məcidlər iç-içədir. Üç dinin mənsubları Tanrıya ibadət
etmək üçün eyni yoldan istifadə edirlər. Köhnə şəhər 4 yerə bölünür: Yəhudi,
Xristiyan, Müsəlman və Erməni məhəllərinə. Köhnə şəhər məhəllər
bölünməsinə baxmayaraq şəhərdə yaşayan fərqli millətlərin nümayəndələri
sülh içində yaşayırlar. Gəlin dinlər prizmasından Yerusəlimi incəliyək.
Yəhudilər üçün Yerüsəlim:
Tarixdə heç bir şəhər bir millətin milli şüruna bu qədər təsir etməmişdir.
Yəhudi xalqı güclü bir şəkildə Yerüsəlimə bağlıdır. Bu Davud zamanından
dəyişilməz olaraq qalır. Bir yəhudi harada olursa olsun Yerüsəlimə bağlıdır.
Dualarında, bayramlarında, hüznlərində Yerüsəlim vardır. Yəhudilər üçün
Yerusəlimin müqəddəs olması Tanrının məbədinin burada olması və bir millət
kimi bu şəhərdə formalaşmalarıdır. Bu gün belə yəhudilər dağılmış məbədin
qalan divarları (Kotel) önünə gələrək hər gün dua edərək məbədin yenidən
qurulmasını Tanrıdan istəyirlər. Tövrat və Zəburda Yerüsəlimin adı minlərlə
çəkilir. Yəhudi dini kitablarından olan Talmudda Yerüsəlim haqqda belə bir
bölüm var: Orada (Babildə) bizi tutsaq edənlər bizdən nəğmələr, bizə zülm
edənlər bizdən şənliklər istəyir. Sion nəğmələrindən birini oxuyun deyirlər
bizə. Necə oxuyaq Rabbin nəğməsini El torpağında, Ey Yerüsəlim səni
unudsam, sağ əlim qurusun. Yerüsəlim səni ən böyük sevincimdən üstün
tutmazsam dilim damağıma yapışsın! Tövrat, Zəbur və digər kitablarda
minlərlə belə hissələr vardır. Yerüsəlimin daşı belə yəhudilər üçün
müqqədəsdir, çünki yəhudilər bir millət kimi bu torpaqlarda
formalaşmışdılar. Yerüsəlimdən qovulduqları vaxtdan indiyə kimi yəhudilər
Yerüsəlimin hicranı ilə yaşamışlardır. Yerüsəlimi ancaq bayramlarında,
dualarında qoruyub saxlamışlardır. 1967-ci ildə İsrail Yerüsəlimin şərqinidə
aldıqda Yəhudilərin iki min illik Yerüsəlim hicranıda bitmişdir...
Xristiyanlar üçün Yerüsəlim:Dindar bir xristiyan üçün Yerüsəlim rəbbin seçdiyi bir şəhərdir. İsanın
yaşadığı və öldüyü şəhər xristiyanlar üçün müqədəsdir. İsanın qanıyla
yuyulmuşdur bu torpaqlar. Golgotha daşını öpmək, müqəddəs qəbirdə
ağlamaq əsirlər boyu bir şərəf olaraq görülmüşdür. Yerüsəlim xristiyanlar
üçün tarixin başladığı və bitəcəyi yerdir. İsanın burda çarmıxa çəkilməsi
xristiyanlar üçün buranın xüsusi bir məna kəsb etməsinə səbəb olmuşdur
İsanın özünündə xeyr dua verdiyi, Tanrının şəhəri adlandırdığı Yerüsəlim
xristianlar üçün çox müqəddəsdir. Yerüsəlimdə xristianlığa aid kilsələr və
yerlər mövcuddur. İnsanın çarmıxa çəkildiyi yerdə olan muqəddəs Məzar
kilsəsi, Romalı əsgərlərin İsanın başına tikanlı zeytun budağı qoyduqları Cəza
kilsəsi Məryəmin atası və anasını yaşadıqları evin yerinə tikilən St.Anna kilsəsi,
Rus və Yunan provoslav kilsəsi və başqa yerlər xristiyanlar üçün müqəddəsdir.
Bu gün belə hər il milyonlarla xristiyan İsanın gəzdiyi və oldugu yerləri ziyarət
edib dua edirlər.
Müsəlmanlar üçün Yerüsəlim:
İslam dinin ilk qibləsi olan Yerüsəlim müsəlmanlar üçundə müqəddəsdir.
O müsəlmanlar üçün Məkkə və Mədinəndən sonra üçüncü müqəddəs və
önəmli şəhərdir. Yerüsəlimin müsəlmanlar üçün müqəddəs olması
Məhəmməd peygəmbərin bura merac etməsi buranın müsəlmanların ilk
qibləsi olmasıdır. İsra sürəsinin I ayəsində göstərilir ki Peyğəmbər Məscidil
Haramdan, Məscidil Aksaya gəlmiş və merac etmişdir. Amma bir sual çıxır
ortaya? Peygəmbər zamanında Məscidil Aksa yox idi. O, Əməvilər zamanında
tikilib. Burdan da aydın olur ki Tanrı Məscidil Aksa deyəndə Süleyman
Məbədini nəzərdə tutmuşdur. Məscidil Aksa uzaq Məscid mənasını verir.
Bunları İslam alimləridə qəbul edirlər. Yerüsəlimdə Müsəlmanlar üçün
müqqədəs məkanlar Məscidil Aksa ilə altı kunbəzli olan - Qübbətus Səhradır.
Bəzən Məscidil Aksa ilə qarışdırılan İslam dinin Yerüsəlimdə ən qədim əsəri
olaraq bilinən Qübbətus Səhra islami cəhətdən ən böyük önəmi müqəddəs
daşı özündə saxlamasıdır. Hz. İbrahimin oğlunu qurban etməyə hazırlaşdığı
bu qayaya Məhəmməd peyğəmbər basmış və merac etmişdir. Bu gün bir
müsəlman əgər imkanı çatıb Kəbəni ziyarət edə bilmirsə, həcci Yerüsəlimdə
edə bilər.Nəticə: Gördüyümüz kimi Yerüsəlim üç din üçündə müqəddəsdir və bu
gundə Yerüsəlimin bölüşdürülməməsinin səbəbi məhz üç dini üçün
müqəddəs olmasıdır. Lakin yerüsəlim tarixi olaraq sırf yəhudi milləti də
bağlıdır bu Davud peygəmbər zamanından belədir. İslam və xristiyanlar üçün
Yerüsəlim müqəddəsdir. Xristiyanlar üçün Yerusəlim onun üçün müqəddəsdir
ki, İsa burada yaşamış və bura da vəfat etmişdir. Məhəmməd peyğəmbərin
bura merac etdiyi üçün Yerüsəlim İslam və müsəlmanlar üçündə
müqəddəsdir. Əgər İsa başqa şəhərdə yaşasa həmin şəhər Xristiyanlar üçün
müqqədəs olardı. Məhəmməd də Yerüsəlimə deyil başqa bir şəhərə merac
etsəydi yenə o şəhər müsəlmanlar üçün müqəddəs hesab olunardı lakin
Yerüsəlim yəhudilər üçün varolma səbəbidir. Yəhudilər bu şəhərdə
formalaşmış bu şahərdə millət olmuşlardır. Yuxardakı yazdıqlarımızdan da
gördüyümüz kimi Yerüsəlim tarixi yəhudilərlə, yəhudilərin tarixidə
Yerüsəlimlə bağlıdır. Məhz Musa peyğəmbər Tanrının əmri ilə yəhudiləri bu
torpaqlara getirmişdir. Davud məhz Tanrının əmriylə Yerüsəlimi İsrailin
paytaxtıseçmiş və Süleyman Tanrının əmir ilə Tanrı üçün ev tikmişdir. Minillər
boyu yəhudilər Yerüsəlim üçün mübarizə aparmışlardır. Hətda min illərdən
çox Yerüsəlimdən uzaqda yaşasadalar amma yenə Yerüsəlimi unutmadılar.
Tarixi vərəqlədikdə Yerüsəlimin həqiqi sahiblərini görə bilərik. Quranda,
Tövratda və İncildə Yerusəlimin gərcək sahiblərini görə bilərik. Bu gün İsrail
ərəb münaqissəsinin başlıca səbəbi Yerusəlimdir. Amma Yerusəlimə ərəb
varlığı İslamdan sonra şəhərə yerləşən ərəblərlə başlayır lakin yəhudilərin
buradakı varlığı 5 min il bundan əvvələ gedib çıxır. Bundan başqa Yerüsəlimin
adı Tövratda 850 dəfə İncildə 142 dəfə çəkildiyi halda Quranda isə bir dəfədə
olsun adı çəkilmir yalnız İsra sürəsinin birinci ayəsində o yerə işarə olunur.
Tarixi göstərir ki, Yerüsəlim Davudla bağlıdır. Bunu İncil Quran və Tövratda
təsdiqləyir. İncildə Yerüsəlimin adı dəfələrlə çəkilir və oradada göstərilir ki,
Yerüsəlim yəhudi xalqı ilə bağlıdır. Sadəcə İsanın yaşadığı və öldüyü üçün
xristiyanlar üçün müqəddəsdir. Hətda islamın gəlişindən sonrada şəhərdə
xeyli sayda yəhudi olmuşdur. Quranda bu ayəsində yəhudilərin bura Tanrı
tərəfindən yerləşdirildiyini görmək olar.
“Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilər
verdik (Yunus-93).Tarixi qaynaqlardan və müqəddəs kitablardan da gördük ki Yerüsəlim üç
dinin kəsişdiyi bir şəhərdir. Üç din üçün müqəddəsdir, Yerüsəlim! Üç səmavi
dinin nümayəndələri Yerüsəlimdə barış içində yaşaya bilər ama millət olaraq
Yerüsəlim Davuda və onu nəslinə verilmişdir. Yazımı Qurandan bir ayə ilə
bitirmək istəyirəm.
“Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik (Qurani Kərim Şuara-
59).


 

Benzer Konular

  Konu / Başlatan Yanıt Son Gönderilen:
15 Yanıt
8631 Gösterim
Son Gönderilen: Haziran 15, 2007, 10:02:24 ÖS
Gönderen: shemuel
16 Yanıt
17880 Gösterim
Son Gönderilen: Kasım 13, 2012, 04:13:23 ÖS
Gönderen: frekans
12 Yanıt
7747 Gösterim
Son Gönderilen: Eylül 01, 2010, 10:03:43 ÖS
Gönderen: MMT
0 Yanıt
4239 Gösterim
Son Gönderilen: Ocak 01, 2011, 12:24:44 ÖÖ
Gönderen: AQUA
1 Yanıt
4182 Gösterim
Son Gönderilen: Mart 25, 2011, 03:47:30 ÖÖ
Gönderen: Prometheus
10 Yanıt
5576 Gösterim
Son Gönderilen: Şubat 25, 2012, 08:42:36 ÖÖ
Gönderen: ADAM
13 Yanıt
11243 Gösterim
Son Gönderilen: Ağustos 24, 2011, 02:33:59 ÖÖ
Gönderen: ARCHITECT
1 Yanıt
5540 Gösterim
Son Gönderilen: Temmuz 24, 2011, 12:26:28 ÖÖ
Gönderen: malygos
24 Yanıt
16139 Gösterim
Son Gönderilen: Temmuz 27, 2012, 01:05:25 ÖS
Gönderen: 418
21 Yanıt
11939 Gösterim
Son Gönderilen: Ekim 21, 2018, 07:29:33 ÖS
Gönderen: karahan